50 yaşdan yuxarı insanlara sağlamlığı qorumaq və gəncliyi uzatmaq üçün pəhrizlərini dəyişmək tövsiyə olunur.
Foodinfo.az xəbər verir ki, bu yaşdan sonra əsas risklər qidalanma səbəbindən pisləşə bilən xəstəliklər hesab olunur. Məsələn, arterial hipertoniya, piylənmə, aterosklerozun inkişafı bu xəstəliklər sırasındadır. 
Bu xəstəliklərin qarşısını almaq üçün qızardılmış ət, qənnadı məmulatlarından, zərərli yağlardan istifadəni məhdudlaşdırmaq lazımdır.  Əksinə, pəhrizdə fermentləşdirilmiş süd məhsulları, balıq, yulaf əzmesi, dənli bitkilər, həmçinin təzə meyvələr, tərəvəzlər, göyərti daxil etməyə dəyər.

Leyla