Bəzən yuxu problemləri göstərir ki, orqanizm psixoloji yükün öhdəsindən gələ bilmir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, həkim-somnoloq Maksim Novikov yuxusuzluğa əlavə olan simptomları diqqətə almalı olduğunu bildirib.

Novikov vurğulayır ki, yuxusuzluq depressiya və ya narahatlıqla birləşdikdə dərhal tibbi müdaxilə tələb olunur. Bu, sadəcə “qış yorğunluğu” deyil, klinik əhəmiyyətli mövsümi affektiv depressiyadır və kompleks müalicə tələb edir. Müalicənin ilkin üsulu işıq terapiyası hesab olunur, lakin orta və ağır simptomlarda yuxusuzluq üzrə koqnitiv-behavioral terapiya və lazım gəldikdə antidepresantlar tövsiyə edilir.

Həkim əlavə edir ki, yuxu pozuntuları üç həftədən artıq davam edirsə və əhval-ruhiyyənin düşməsi, marağın itməsi, ümidsizlik düşüncələri müşahidə olunursa, psixiatr və ya somnoloqa müraciəti təxirə salmaq olmaz.

Beləliklə, yuxusuzluq yalnız gecələr yuxusuz qalmaq demək deyil, əgər bu vəziyyət əhval-ruhiyyəyə və gündəlik fəaliyyətə mənfi təsir edirsə, vaxtında həkimə müraciət vacibdir.