Endokrinoloq Natalia Tananakina böyüklər üçün gündəlik balın təhlükəsiz dozasını açıqlayıb.

Foodinfo.az xəbər verir ki, ekspert RİAMO-ya müsahibəsində bildirib ki,

sağlam və balanslaşdırılmış pəhrizin bir hissəsi kimi hər hansı digər şirin məhsul kimi balın orta istehlakı məqsədəuyğundur. Amma yadda saxlamalıyıq ki, bal yüksək kalorili məhsuldur.

Mütəxəssis qeyd etdiyi kimi, balın gündə təhlükəsiz dozası bir və ya iki yemək qaşığıdır.

O, həmçinin bal da daxil olmaqla, gün ərzində istehlak edilən şəkərin ümumi miqdarını nəzərə almağı tövsiyə edib.

“Şəkər və digər əlavələr əlavə edilmədən təbii bal seçmək vacibdir. Həm də yadda saxlamaq lazımdır ki, bal və onun tərkibində olan məhsullar allergiyaya səbəb ola bilər, buna diqqət yetirin”, - endokrinoloq əlavə edib.