
Çöldə istilik 30 dərəcədən yuxarı olanda və çətinliklə hərəkət edə bildiyiniz zaman su içmək istəyirsinizsə bu tamamilə normaldır.
Ancaq bu cür əlamətlər və istəklər sərin mövsümdə görünürsə, bu, bədənin işində nasazlıq olduğunu göstərir. Bunun səbəbini mümkün qədər tez tapmaq və problemi aradan qaldırmaq üçün tədbirlər görmək lazımdır.
Həkim-endokrinoloq Natalya Terentyevanın sözlərinə görə, gündə 2 dəfədən çox baş verən şiddətli əsassız susuzluq, əzələ zəifliyi, şişkinlik və başgicəllənmə orqanizmdə duzun artıqlığının əlamətləri ola bilər.
Səhhətinizin pisləşməsinə vaxtında diqqət yetirməsəniz, artıq duzun əlamətləri güclənə bilər. Mövcud olanlara hipertoniya, böyrək problemləri və taxikardiya əlavə olunacaq.
Niyə bizə duz lazımdır?
Bununla yanaşı ekspert vurğulayıb ki, duzdan qətiyyən imtina etməyə dəyməz. Axı daxili orqanların işini normallaşdırmaq lazımdır. O cümlədən qan dövranı, qan təzyiqinin tənzimlənməsi, maddələr mübadiləsi və s. üçün zəruridir.
Orqanların yüksək keyfiyyətli işləməsi üçün hər gün təxminən 4-5 qram duz qəbul etmək lazımdır.
Fərid