
Mədə xorasının əsas səbəbi Helikobakter pylori infeksiyasıdır. Bununla belə, başqa ilkin şərtlər də var. Xəstəliyin inkişafının ikinci ən ümumi səbəbi ağrıkəsicilərin uzun müddət və nəzarətsiz istifadəsidir.
Xəstəlik mədənin selikli qişasında və əzələ qatında xoraların yaranmasına gətirib çıxarır.
Mədə xorasının əsas əlaməti qabırğa tağları arasında, döş sümüyünün altında yerləşən bölgədə ac qarına və ya yeməkdən sonra, tez-tez arxa və sinəyə yayılan ağrıdır.
Bundan əlavə, xəstəliyə stress, siqaret çəkmək, gündəlik rejimin və pəhrizin pozulması, zərif qidaların və fastfud kimi amillər səbəb ola bilər.
Leyla