
ABŞ-da təxminən 1,6 milyard dollarlıq rekord Mega Millions lotereya cekpotunun sahibi müəyyənləşib. Foodinfo.az bildirir ki, bu barədə New York Post məlumat yayıb.
Təşkilatçılar qalibin Florida ştatından olan iştirakçı olduğunu açıqlayıblar. Dəqiq uduş məbləği 1,58 milyard dollar olub və tarixi lotereya rekordu olub. Şanslı qalib Mega Millions ilə əlaqə saxlayıb. Onun şəxsiyyəti naməlum olaraq qalır, çünki əyalət qanunları lotereya qaliblərinə üç ay ərzində anonim qalmağa icazə verir.
Mega Millions-un nümayəndələri hələ ki, qalibin uduşları dərhal götürmək qərarına gəldiyini və ya illik ödənişli varianta üstünlük verdiyini açıqlamayıb.
Birinci halda, vergilərdən sonra o, 783,3 milyon dollar alacaq. İkinci seçim 30 il ərzində qazanılan bütün məbləğin tədricən ödənilməsini nəzərdə tutur.
Nurlan