Hindistanda həkimlər kişinin mədəsində onlarla əşya aşkar ediblər. 

Foodinfo.az bildirir ki, bu barədə New York Post məlumat yayıb.

35 yaşlı Kuldeep Singh iki ildir mədə ağrısından şikayətlənirdi. Narahatlıq güclənməyə başlayanda və kişinin bədən istiliyi yüksəldikdə o, Pəncabın Moqa şəhərindəki xəstəxanada tibbi yardım istədi.

Həkimlər kişini müayinə edib və onun mədəsində zəncir, qayka, boltlar, qulaqlıq və düymələr daxil olmaqla 60-a yaxın müxtəlif əşya aşkar ediblər. Həkimlər xəstəyə pika diaqnozu qoydular - qeyri-adi və yenilməz bir şey yemək üçün qarşısıalınmaz istək. Çox vaxt xəstəlik hamilə qadınlarda, gənc uşaqlarda və zehni inkişafı pozulmuş insanlarda baş verir.

Sinq üç saatlıq əməliyyat keçirdi və cərrahlar onun mədəsindən bütün yad cisimləri uğurla çıxardılar. Buna baxmayaraq, kişi hazırda xəstəxanada ağır vəziyyətdədir. 

Fərid