
San-Fransiskoda böyük akvariumda yaşayan balıq dünyanın ən qədim balığı adlandırılıb.
Foodinfo.ax bildirir ki, bu barədə Oddity Central xəbər verir.
Metuselah adlı pişikquyruq balığı və ya barramunda 1938-ci ildən Kaliforniyadakı Steinhart Akvariumunda yaşayır. O, digər növlərdən olan 230 fərdlə birlikdə Avstraliyadan paroxodla ABŞ-a gətirilib. Mütəxəssislər onun yaşını 92-101 arasında qiymətləndirir və dişi olduğuna inanırlar.
2017-ci ildə bu akvarium balığı artıq əsirlikdə olan ən qədim balıq kimi tanınırdı, lakin sonra elm adamları Metuselahın 84 yaşından çox ola bilməyəcəyini düşünürdülər. Yeni araşdırma onların səhv olduğunu göstərir.
Leyla