"Böyük Britaniyada zərərvericilərlə mübarizə üzrə mütəxəssislər bildiriblər ki, ölkədə zəhərlərdən təsirlənməyən super mutant siçovulların artmağa başlayıb. 

Foodinfo.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

İddialar bir çox britaniyalının gün ərzində küçələrdə açıq şəkildə qaçan, zibil qutularını talayan və evləri zəbt edən gəmiricilərin foto və videolarını dərc etməyə başlamasından sonra ortaya çıxdı. Londonun zərərvericilərə qarşı mübarizə aparan PestGone Environmental şirkətinin rəhbəri Mark Moseley bildirib ki, bunun əsas səbəbi zəhərlərə qarşı demək olar ki, immuniteti olan yeni siçovul cinsinin meydana çıxmasıdır. 

Bundan əlavə, gəmiricilər nəinki çoxalır, həm də böyüyürlər. Onun şirkətinin işçiləri müntəzəm olaraq kiçik pişiklərin ölçüsündə - quyruğu da daxil olmaqla uzunluğu təxminən bir metr olan siçovulları tuturlar. 

Fərid