Meyvə detoksu bir neçə gün ərzində əsasən meyvə və meyvə şirələri ilə qidalanmaq üsuludur. Bu pəhriz bədəni yüngülləşdirmək və qısa müddətdə çəki itirmək məqsədilə edilir.

Foodinfo.az xəbər verir ki, meyvələr az kalorili və lif baxımından zəngindir, bu səbəbdən qısa müddətdə kalori kəsiri yaradır.

Bədəndəki artıq suyun atılmasına kömək etdiyi üçün ilk günlərdə 1–3 kq arıqlama mümkündür. Lakin bu kilo itkisi əsasən su və qlikogen azalmasından olur, uzunmüddətli effekt vermir.

Bu diyeti uzun müddət davam etdirmək protein, yağ və bəzi vitamin-mineral çatışmazlığına səbəb ola bilər.

Qan şəkəri sürətlə dəyişə bilər ki, bu da xüsusilə şəkərli diabeti olanlar üçün risklidir. Həmçinin əzələ itkisinə də səbəb ola bilər.

Meyvə detoksu qısa müddətli yüngülləşmə və ödem atmaq üçün faydalı ola bilər, amma sağlam arıqlama üçün balanslı pəhriz və davamlı həyat tərzi dəyişikliyi daha təsirlidir.