Mətbəx ləvazimatları arasında ən çox istifadə olunan əşya qaz piltəsidir. Bişirmə zamanı tökülən yağ və tomat pastası kimi ləkələr zamanla ocaqlara nüfuz edir. Davamlı istifadə zamanı qara soba başlıqlarında nöqtəli ləkələr yaranır.  Foodinfo.az estetik və təmiz görünməyən bu ləkələri çıxarmaq üçün sadə reseptləri təqdim edir:

  • Ocaq üzərindəki ləkələri aparmaq üçün bizə lazım olan iki inqrediyent soda və sirkədir. Sirkə və soda qarışığı soba başındakı ləkələri təmizləyir. Soba qapaqlarını bir qaba qoyun. Qabın içinə bir paket soda və bir qədər sirkə tökün. 15-20 dəqiqə gözləyin. Gözlədiyiniz qabları bulaşık sabunu ilə yuyun. Bu prosesdən sonra soba başlarınızın parıldadığını görəcəksiniz.
  • Sirkə və duz qarışığı paslanmış və ya ləkələnmiş qaz piltəsinin başlıqlarını parlatmaq üçün də təsirlidir. Bir stəkan sirkəyə bir neçə xörək qaşığı duz əlavə edin və bu qarışığı ocaq qapaqlarına çəkin. Sonra onu parça və ya süngərlə ovuşduraraq ləkələri çıxarın. Nəhayət, yaxşıca yuyun.
  • Siz həmçinin alüminium folqa istifadə edərək qaz sobasının başlıqlarını cilalamağa cəhd edə bilərsiniz. Bir parça alüminium folqanı top kimi sıxın və ona bir neçə damcı su əlavə edin. Bu topu sobanıza sürtün və dairəvi hərəkətlərlə ovuşdurun. Bu, pas və ləkələri aradan qaldırmağa kömək edəcək.
  • Bəzi təbii yağlar paslanmanın qarşısını almağa və metal səthləri parlatmağa kömək edə bilər. Xüsusilə, zeytun və ya kokos yağından istifadə edə bilərsiniz. Bir parça üzərinə bir neçə damcı yağ tökün və sobaya çəkin. Sonra təmiz bir parça ilə cilalayın.