
K vitamini qan laxtalanması, sümüklərin möhkəmliyi və ürək-damar sağlamlığı üçün vacibdir. Orqanizm onu əsasən qidalar vasitəsilə alır.
Foodinfo.az K vitamini ilə zəngin əsas qidaları təqdim edir:
1. Yaşıl yarpaqlı tərəvəzlər K vitamini mənbələrinin ən başında gəlir:
– İspanaq
– Keşniş
– Cəfəri
– Kələmin yaşıl növləri
– Brokoli
2. Digər tərəvəzlər:
– Xiyar (xüsusilə qabığında)
– Brüssel kələmi
– Asparagus
3. Süd məhsulları və yumurta:
– Süd və pendir
– Yumurta sarısı
4. Heyvani mənbələr:
– Qaraciyər
– Balıq (xüsusilə skumbriya, tuna, somon)
5. Bitki yağları:
– Zeytun yağı
– Soya yağı
– Kanola yağı
K vitamini yağda həll olunan vitamin olduğu üçün, onu qəbul edərkən yanında zeytun yağı və ya digər sağlam yağlar istifadə etmək udulmanı artırır.
Qan durulaşdırıcı dərman qəbul edənlər (məsələn, varfarin) K vitaminini sabit miqdarda qəbul etməlidir.