Son illərdə ən çox diqqət çəkən təbii məhsullardan biri də avokado yağıdır. Bu yağ həm qida rasionunda, həm də kosmetologiyada geniş istifadə edilir.

Foodinfo.az xəbər verir ki, avokado yağı tərkibindəki omeqa-9 yağ turşuları və E vitamini sayəsində damarların elastikliyini qoruyur, xolesterin səviyyəsini tənzimləyərək ürək-damar xəstəliklərinin riskini azaldır.

Yağın tərkibindəki sağlam yağlar bağırsaq fəaliyyətini gücləndirir, vitaminlərin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə şərait yaradır.

Kosmetologiyada da geniş istifadə edilən avokado yağı dərini nəmləndirir, qırışların qarşısını alır və saçlara parlaqlıq bəxş edir. Təbii maskalarda ən çox seçilən məhsullardan biridir.

Antiosidant və antiinflamatuar xüsusiyyətlərə malik olan bu yağ oynaq ağrılarını azaldır və immun sistemini gücləndirir.

Avokado yağı yüksək istiliyə davamlı olduğundan qızartma, salat və müxtəlif yeməklərdə rahatlıqla istifadə edilə bilər.

Avokado yağı həm sağlamlıq, həm də gözəllik baxımından əsl təbii dəstəkdir. Onu gündəlik rasiona və qulluq rutinlərinə əlavə etməklə daha sağlam həyat tərzinə sahib olmaq mümkündür.