Əsəbilik və gərginlik müasir dövrdə ən çox rast gəlinən problemlərdəndir. 

Foodinfo.az xəbər verir ki, bəzi qidalar əsəbləri sakitləşdirərək sinir sisteminin balansını qorumağa kömək edir.

Araşdırmalara əsasən, maqneziumla zəngin ispanaq, qoz, badam, balqabaq tumu və avokado əsəbləri sakitləşdirən ən yaxşı təbii vasitələrdir. Bu qidalar sinir impulslarını tənzimləyərək gərginliyi azaldır.

B qrupu vitaminləri də stresslə mübarizədə mühüm rol oynayır. Tam taxıllar, paxlalılar, süd məhsulları və yumurta sinir sistemini gücləndirir. Bundan başqa, banan, süd məhsulları, hinduşka əti və kakao serotoninin – “xoşbəxtlik hormonunun” ifrazını artıraraq insanın əhvalını yaxşılaşdırır.

Bitki çayları da əsəbilik zamanı faydalı hesab olunur. Xüsusilə çobanyastığı, melisa və kəklikotu çayı əsəbləri təbii yolla sakitləşdirir.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, kofeinli içkilər, çox şəkərli məhsullar və fast-food qidaları əsəbiliyi daha da gücləndirə bilər.

Əsəbiliklə mübarizədə düzgün qidalanma böyük rol oynayır. Maqnezium, B vitaminləri və təbii sakitləşdirici təsirə malik qidalar sinir sistemini gücləndirir, emosional tarazlığın qorunmasına kömək edir.