Bu ilin ilk 8 ayında Azərbaycanda 429,4 min ton gübrə və azot birləşmələri istehsal edilib.

Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.

Bu il sentyabr ayının 1-nə, ölkədə 68,2 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 652,4 min ton gübrə və azot birləşmələri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 43,8 % çoxdur.