
Səhər qida rasionuna süd əlavə etmək ürək və damar sağlamlığı üçün əhəmiyyətli faydalar təmin edə bilər. Foodinfo.az xəbər verir ki, Avstraliyanın Sidney Universitetinin alimləri 12 il davam edən araşdırmada süd istehlakının ürək-damar sistemi üzərindəki təsirini analiz ediblər.
Kardioloq Dr. James Holloway “Daily Mail”ə açıqlamasında deyib ki, səhər yeməyi zamanı bir stəkan süd içən insanlarda infarkt və insult riski 18%-ə qədər aşağı düşür. Onun sözlərinə görə, bu, südün tərkibindəki kalsium, fosfor və zülalların damar divarlarını möhkəmləndirməsi ilə bağlıdır.
Holloway əlavə edib ki, süd bədənin iltihabi reaksiyalarını da azaldır və bu, damarların daralmasının qarşısını alır. “Süd içənlərin qan təzyiqi daha stabil olur, damar elastikliyi isə uzun müddət qorunur. Bu, yaşlanma prosesində xüsusilə vacibdir,” – deyə o vurğulayıb.
Tədqiqat həmçinin göstərib ki, süd içən insanların xolesterin səviyyəsi orta hesabla 12% aşağı olur və damar divarlarında yığılan lövhələrin əmələ gəlmə ehtimalı azalır.
Alimlər xəbərdarlıq edir ki, ən çox fayda üçün az yağlı təbii süd məhsulları seçilməli və onları səhər yeməyi ilə birlikdə qəbul etmək ən optimal üsuldur.