Soyuq mövsümdə immuniteti gücləndirmək üçün düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Foodinfo.az xəbər verir ki, dietoloq Lyudmila Denisenko vurğulayıb ki, alma bu dövrdə gündəlik rasiona mütləq daxil edilməlidir.
Mütəxəssis qeyd edib ki, alimlərin apardığı araşdırmalar göstərir ki, hər gün ən azı bir alma yeyən insanlarda tənəffüs yolları infeksiyalarına tutulma riski daha aşağıdır, həmçinin ağciyərlərin fəaliyyəti daha yaxşıdır.
Denisenko əlavə edib ki, ən faydalı almalar öz bölgəmizdə yetişən növlərdir, çünki onlar mineral maddələr və vitaminləri optimal nisbətdə ehtiva edir. Bu, orqanizmin immun sistemini gücləndirir və soyuq aylarda xəstəliklərin qarşısını almağa kömək edir.
Dietoloq həmçinin insanları tövsiyə edib ki, almaları təzə və qabığı ilə birlikdə yeməyə üstünlük versinlər. Beləliklə, həm qida dəyəri itmir, həm də təbii liflər orqanizm üçün faydalı olur.
Bu sadə vərdiş gündəlik rasiona daxil edildikdə soyuq fəsildə sağlam qalmaq və immuniteti gücləndirmək mümkündür.






