Kalsium orqanizmin sümük və diş sağlamlığı üçün vacib mineraldır. Foodinfo.az xəbər verir ki, rus-britaniyalı dietoloq, “Atlas” beynəlxalq biomedik holinqinin eksperti Liza Gilman bildirib ki, gündəlik kalsium ehtiyacını sərt pendirlərdən əldə etmək mümkündür.
Dietoloq açıqlayıb ki, yetkin insan üçün bu mikroelementin gündəlik norma miqdarı ən azı 700 milliqramdır. Sərt pendirlər kalsiumla zəngin olduğu üçün onların mütəmadi istehlakı sümük və diş sağlamlığını qorumağa kömək edir.
Gilman həmçinin qeyd edib ki, kalsiumu yalnız pendirdən deyil, sümüklü balıq və yaşıl tərəvəzlərdən də əldə etmək mümkündür. Bu məhsulların rasiona daxil edilməsi orqanizm üçün əlavə fayda təmin edir.
Dietoloq vurğulayıb ki, balanslı qidalanma və kalsium mənbələrinin müxtəlifliyi sümük sağlamlığının qorunması və ümumi sağlamlığın güclənməsi üçün vacibdir.






