Şəkər əvəzedicilərinin istifadəsi sağlamlıq üçün təhlükə yarada bilər. Foodinfo.az xəbər verir ki, rusiyalı nutrisioloq Natalya Çayevskaya Sports.kzNEWS.ru-ya müsahibəsində bildirib ki, süni və təbii şəkər əvəzedicilərinin istifadəsi insult riskini artırır və hamiləlik dövründə dölün inkişafına mənfi təsir göstərə bilər.

Ekspert izah edib ki, şəkər əvəzediciləri qida və içkilərə şirin dad verir, lakin şəkərdən daha az kalori daşıyır və bəzən tamamilə kalorisiz olur. Bunlar təbii ola bilər – stevia, maltit, bal, agava şərbəti, və ya süni – aspartam, sukraloz, asesulfam.

Çayevskayanın sözlərinə görə, əksər şəkər əvəzediciləri bağırsaq mikroflorasına zərər verir, insulinin qlükoza olmadan ifrazını stimullaşdırır, karbohidrat mübadiləsini pozur və şirinliyə qarşı həssaslığı azaldır, nəticədə insanların həddindən artıq yeməsinə səbəb olur.

Həmçinin nutrisioloq vurğulayıb ki, şəkər əvəzedicilərindən istifadə erken doğuş riskini artırır, bu səbəbdən onların istifadəsinə diqqətlə yanaşmaq vacibdir.

Mütəxəssis tövsiyə edir ki, şirinlik üçün daha təbii məhsullar seçilsin və süni əvəzedicilərdən yalnız zərurət olduqda istifadə edilsin.