Pəhriz mütəxəssisləri emosional yeməyin qarşısını almağın sadə, amma təsirli üsulunu açıqlayıblar.

Foodinfo.az xəbər verir ki, rusiyalı diyetoloq Anastasiya Yeqorova “KP.ru” saytına müsahibəsində artıq qidalanma hallarını azaltmaq üçün gündəlik aparmağı tövsiyə edib. Onun sözlərinə görə, bu üsul insanlara öz davranışlarını daha yaxşı anlamağa və nəzarət etməyə kömək edir.

“Əgər qəfil və yemək vaxtı olmayan bir aclıq hiss etdinizsə, mütləq qeyd edin – bəlkə bu hiss sizə pis xəbərdən sonra gəldi və ya özünüz haqqında mənfi düşüncələrdən qaynaqlandı”, – deyə Yeqorova bildirib.

Mütəxəssis vurğulayıb ki, hər dəfə artıq yemək yedikdə, həmin anda yaşanan emosiyaları və səbəbləri detallı şəkildə yazmaq vacibdir. Bu, insanın hansı vəziyyətlərdə nəzarəti itirdiyini və niyə çox yediyini anlamağa imkan verir.

“Beləliklə, növbəti dəfə oxşar hal baş verəndə artıq hazırlıqlı olursunuz və həmin davranışın qarşısını almaq daha asan olur”, – deyə Yeqorova əlavə edib.

Diyetoloqun sözlərinə görə, bu metod emosional yemək vərdişlərinin kökünü anlamağa kömək etdiyi üçün çəki idarəsində və sağlam qidalanma prosesində mühüm rol oynayır.

O qeyd edib ki, gündəlik aparmaq sadə görünsə də, uzunmüddətli nəticə baxımından çox təsirli alətdir və bir çox pasiyentdə artıq qidalanma hallarını xeyli azaldıb.