Pəhriz saxlayan insanların əksəriyyəti əsas məqsədi az yemək kimi başa düşür, halbuki bu, sağlamlıq üçün təhlükəli ola bilər.
Foodinfo.az xəbər verir ki, Roskəşfiyyatın Funksional Qidalanma üzrə Kompetensiya Mərkəzinin rəhbəri Maryam Davlekamova Lenta.ru-ya açıqlamasında pəhriz dövründə aclıq hissinin yolverilməz olduğunu bildirib.

Onun sözlərinə görə, kəskin kalori məhdudiyyəti və monoton qidalanma orqanizmdə güclü aclıq siqnalları yaradır. Bu isə həm psixoloji gərginliyə, həm də metabolizmin zəifləməsinə gətirib çıxara bilər.

“Pəhrizin əsas məqsədi sadəcə daha az yemək deyil, qida keyfiyyətini artırmaq, onu müxtəlif və qida maddələri ilə zəngin etməkdir”, – deyə Davlekamova vurğulayıb.

Mütəxəssis əlavə edib ki, düzgün qurulmuş menyu yüksək metabolizmi qorumağa, əhval-ruhiyyəni stabil saxlamağa və zehni aydınlığı təmin etməyə kömək edir.

Digər tərəfdən, Dövlət Maarif Universitetinin Təbiət Elmləri fakültəsinin dekan əvəzi İrina Lyalina NEWS.ru-ya açıqlamasında qeyd edib ki, buğda unundan hazırlanan pelmeni, xinkali və vareniki gluten dözümsüzlüyü olan şəxslər üçün zərərli ola bilər.

O, belə un məhsullarının tam taxıl unundan hazırlanmasını daha faydalı hesab edib. Bundan əlavə, mütəxəssis pəhrizdə az yağlı və liflə zəngin içliklərin – tərəvəzlər və ya yağsız ət – seçilməsini məsləhət görüb.