Yaşıl çay artıq çəkidən və diabetdən qorunmaqda faydalı ola bilər. Foodinfo.az xəbər verir ki, Braziliyanın Kruzeyru-du-Sul Universitetinin professoru Rozmarie Otton rəhbərliyində beynəlxalq alimlər qrupu belə nəticəyə gəlib.

Tədqiqat zamanı siçanlara yüksək kalorili qidalar (fastfud kimi) verilib. Ancaq bəzi siçanlara yaşıl çay ekstraktı verildikdə, onların çəkisi azalıb və bədənləri şəkəri daha yaxşı həzm edib.

Alimlər bildiriblər ki, çayın tərkibindəki maddələr obezlik səbəbindən zəifləyən əzələ liflərini qoruyur və onları şəkəri enerji kimi daha fəal istifadə etməyə təşviq edir. Həmçinin, yaşıl çay metabolizmdə düzgün işləyən genləri aktivləşdirir.

Tədqiqatçılara görə, çayın əsas faydası adiponektin adlı xüsusi zülldədir, bu züll həm iltihabla mübarizə aparır, həm də maddələr mübadiləsini yaxşılaşdırır.

Araşdırmanın nəticələri Cell Biochemistry & Function jurnalında dərc olunub.

Beləliklə, yaşıl çay həm artıq çəkini azaltmağa, həm də şəkər mübadiləsini yaxşılaşdırmağa kömək edə bilər, lakin bu, balanslı qidalanma və fiziki hərəkətlə birlikdə daha təsirli olur.