
Avokadonun qaralması hər zaman zərərli olması anlamına gəlmir. Bu, meyvənin təbii oksidləşmə prosesi ilə əlaqədardır. Lakin bəzi hallarda qaralmış avokado sağlamlıq üçün riskli ola bilər.
Kəsilmiş avokado havadakı oksigenlə təmasda olduqda tərkibindəki polifenol oksidaz fermenti aktivləşir və meyvə qısa müddətdə qaralır. Bu proses banan və alma kimi meyvələrdəki oksidləşmə ilə eynidir və başlanğıc mərhələsində zərərsizdir.
Səthi qaralma yalnız rəng dəyişikliyidir və avokadonun qida dəyərinə ciddi təsir göstərmir.
Əgər pis qoxu yayırsa, dadında acılıq və ya turşluq hiss edilirsə, hiss olunacaq qədər yumşalıb və yapışqan hala gəlibsə, zərərli ola bilər.
Bu, artıq çürümə və bakterial prosesin başladığını göstərir. Belə halda bu meyvənin yeyilməsi mədə pozğunluğu, ishal və qida zəhərlənməsi riski yarada bilər.
Mütəxəssislər avokadonun kəsildikdən sonra 24 saat ərzində istehlak edilməsini tövsiyə edir. Daha uzun müddət saxlanıldıqda meyvənin həm dadı, həm də qida dəyəri azalır.