Qırmızı kürü bayram süfrələrinin ənənəvi mətanəti olsa da, hər kəs üçün təhlükəsiz deyil. Foodinfo.az bildirir ki, endokrinoloq və diyetoloq Arina Mamina bəzi insanların bu məhsulu məhdudlaşdırmalı, hətta tamamilə rasiondan çıxarmalı olduğunu deyib.

Mütəxəssis vurğulayıb ki, yüksək qida dəyərinə baxmayaraq, kürünün tərkibi müəyyən qruplar üçün risk yaradır. Xüsusilə ehtiyatlı olmalıdır:

Hipertoniya və ödemə meyilli şəxslər. Kürüdə duzun miqdarı çox olduğuna görə orqanizmdə maye toplanmasını artırır, qan təzyiqini yüksəldir və ürək-böyrək sisteminə əlavə yük salır.
Böyrək xəstələri. Tərkibindəki duz və zülal böyrəklərə ağır yük salır və xroniki problemlərin kəskinləşməsinə səbəb ola bilər.
Allergiyası olanlar. Kürü güclü allergendir və balıq, dəniz məhsullarına həssas insanlarda səpkidən tutmuş həyat üçün təhlükəli Quincke ödeminədək müxtəlif reaksiyalar yarada bilər.
Həzm sistemi xəstəlikləri olanlar. Qastrit, pankreatit və xolesistit kimi hallarda yağlı kürü həzmi çətinləşdirir, ağrı və ürəkbulanma yarada bilər.

Ekspert bildirib ki, hətta tam sağlam insanlar belə bayram süfrəsində miqdara diqqət etməlidirlər. Gündəlik normanı aşmamaq üçün iki-üç sendviç və ya bir neçə çay qaşığı kürü kifayətdir. Bu, həm həzm sisteminə, həm də ümumi sağlamlığa artıq yük düşməsinin qarşısını alır.