Mərci şorbası həm dadına, həm də qida dəyərinə görə ən çox tövsiyə edilən yeməklərdən biridir. Qidalanma mütəxəssisləri bu şorbanı bitki mənşəli zülal, lif, dəmir və vitaminlərlə zəngin təbii enerji mənbəyi kimi qiymətləndirirlər.
Foodinfo.az xəbər verir ki, mərci şorbası immuniteti gücləndirir, ürək-damar sağlamlığını qoruyur və həzm sisteminə müsbət təsir göstərir.
Tərkibindəki lif xolesterinin səviyyəsini azaldır, damarların elastikliyini qoruyur və qanın dövranını yaxşılaşdırır.
Bundan əlavə, mərci şorbası qan azlığı ilə mübarizədə də faydalıdır. Tərkibindəki dəmir və fol turşusu hemoqlobinin səviyyəsini artırır, bu da orqanizmin oksigenlə təminatını yaxşılaşdırır.
Mərci şorbası aşağı kalorili və uzun müddət toxluq hissi yaradan bir yeməkdir. Bu səbəbdən, pəhriz saxlayanlar və sağlam qidalanmaya üstünlük verənlər üçün ideal seçim sayılır.
Bu şorbanı limon suyu ilə birlikdə qəbul tmək tövsiyə olunur. Bu, orqanizmdə dəmirin daha yaxşı sorulmasına kömək edir.
Beləliklə, mərci şorbası təkcə dadlı yemək deyil, həm də bədəni gücləndirən və sağlamlığı dəstəkləyən qida kimi gündəlik menyuya daxil edilməlidir.






