Biz adətən əti bişirmədən yemirik. Sağlamlıq üçün də doğru olanı məhz budur, lakin bəzi ətləri çiy də yemək olar.

 Foodinfo.az xəbər verirki, bu barədə diyetoloq Mariya Kapralova danışıb.

Onun sözlərinə görə, əgər çiy ət yeməyi sevirsinizsə və onu düzgün hazırlamağı, marinə etməyi bacarırsınızsa, mal və quzu ətinə üstünlük vermək daha yaxşıdır, çiy donuz və quş ətindən isə imtina etməlisiniz.

Somon (qızılbalıq) ailəsindən olan balıqları da çiy yemək olar, lakin həkim şirin suda - gölməçə, göl və çaylarda yaşayan balıqları yeməkdən çəkindirib, çünki onların tərkibində çoxlu parazit, virus və bakteriyalar ola bilər.

Diyetoloq əlavə edib ki, dəniz və okeanlarda yaşayan balıqlar duzlu su sayəsində, demək olar ki, infeksiyaya yoluxmur.

Kapralova onu da qeyd edib ki, Rusiya Səhiyyə Nazirliyinin normalarına əsasən, patogen mühiti aradan qaldırmaq üçün ət mütləq istilik emalından keçməlidir. Çiy ətdən siz hepatit E, bağırsaq çöpü, salmonella və digər infeksiyalara yoluxa bilərsiniz.