Sosial şəbəkələrdə yayılan yeni mətbəx trendlərindən biri – ətin çayla marinasiya edilməsi geniş müzakirələrə səbəb olub. 

Foodinfo.az xəbər verir ki, çayın tərkibindəki təbii turşular və taninlər ətin liflərini yumşaldaraq onu daha tez bişən və daha ləzzətli hala gətirir.

Xüsusilə güclü dəmlənmiş qara çay ətin teksturunu yumşaldır, ona yüngül aroma verir. Bununla yanaşı yaşıl çay, həmçinin hibiskus kimi bitki çayları da fərqli dad effekti yaratmaq üçün istifadə olunur.

Marinad hazırlanarkən dəmlənmiş çayın üzərinə sarımsaq, limon suyu, sirkə, zeytun yağı və müxtəlif ədviyyatlar əlavə edilir. 

Ət çay qarışığında adətən 1–4 saat saxlanılır. Mal əti üçün müddət bir qədər uzun, toyuq üçün isə qısa tutulmalıdır.

Çayla marinasiya həm təbii, həm də kimyəvi qatqısız bir üsul olduğundan getdikcə daha çox insan tərəfindən seçilir. Bu metod həm ətin yumşaqlığını artırır, həm də xüsusi aroma verərək yeməyin dadını gücləndirir.