Alma çoxunun sevimli meyvəsidir. Bu meyvənin sağlamlığa faydaları hamıya məlumdur. Bəs alma qabığının da faydalı olduğunu bilirdinizmi?

 Foodinfo.az alma qabığından necə istifadə etmək lazım olduğunu təqdim edir:

Yaxşı yuxu 

Daha yaxşı yuxu üçün özünüzə alma qabığından dadlı çay dəmləyin. Alimlərin fikrincə, onların tərkibində rahatlaşdırıcı təsir göstərən quercetin adlı maddə var.

Şirin çipslər

Soyulmuş alma qabığından asanlıqla sağlam qəlyanaltı hazırlamaq olar. Dərin bir qaba 2 xörək qaşığı qəhvəyi şəkər, bir çay qaşığı un və yarım çay qaşığı darçın qoyun və alma qabıqlarını bu qarışığa əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra yağlı kağızla örtülmüş soba qabına qoyun və əvvəlcədən 200 ° C-yə qədər isidilmiş sobada bişirin. Meyvə çipslərini quruyana qədər bişirin. Bişirmə zamanı hər tərəfin yaxşıca qızarması üçün hərdən qarışdırın.

Sızanaqlardan qurtulmaq 

Alma qabıqları sızanaqlar üçün təsirli təbii vasitədir. Tərkibindəki maddələr dərinin təmizlənməsinə kömək edir və alma turşusu sayəsində qabıqlar güclü antibakterial təsir göstərir. 

Təbii qida boyası 

Alma qabığını yemək bişirərkən təbii boya kimi də rahatlıqla istifadə edə bilərsiniz. Məsələn, desertlərin, sıyıqların, xəmirlərin və digər qidaların rənglənməsi üçün əla seçimdir. 

Təbii təmizləyici 

Alma qabıqları əla təmizləyici vasitə kimi də xidmət edir. Bir çox mətbəx səthlərinin təmizlənməsi üçün ideal ekoloji seçimdir və yağla asanlıqla mübarizə apara bilir. Mətbəx qablarını yumaq üçün də qabıqlardan asanlıqla istifadə edə bilərsiniz. Bunu necə etmək olar? Məsələn, çirkli tavaya su tökün, qabıqları içinə qoyun və aşağı istilikdə təxminən 20 dəqiqə qaynadın. Tavanızın necə təmizləndiyini görəcəksiniz.

Həşəratlardan qurtarmaq üçün 

Qalan alma qabıqları arzuolunmaz həşəratlarla mübarizə aparmağa da kömək olur. Bu, almanın tərkibindəki linalool maddəsi sayəsində mümkün olur.

Gübrə kimi

Alma qabığından ev və bağ bitkiləri üçün asanlıqla təsirli gübrə hazırlaya bilərsiniz. Əvvəlcə onları sobada aşağı temperaturda sobada qurudun. Quruduqdan sonra toz halına salın və torpağın səthinə səpin.