Tədqiqat göstərir ki, şokolad yemək demans riski yüksək olan insanlarda koqnitiv geriləməni ləngidə bilər.

Foodinfo.az xəbər verir ki, ABŞ alimləri kakao ekstraktının ümumi koqnitiv funksiyanı və epizodik yaddaşı (konkret hadisə ilə bağlı xatirələri) yaxşılaşdıra biləcəyini araşdırıblar. ABŞ-ın Boston şəhərindəki Mass General Brigham Hospitalda aparılan araşdırmada 60 yaşdan yuxarı təxminən 573 insana iki il ərzində hər gün 500 mq kakao ekstraktı (bir ovuc tünd şokolad) verilmişdir.

Onların 51 faizini kişilər, 49 faizini isə qadınlar təşkil edib. İştirakçılar tədqiqatdan əvvəl və sonra bir sıra koqnitiv və psixoloji testlərdən də keçiblər.

İştirakçıların təxminən yarısı (285) 80 milliqram flavanol ehtiva edən 500 milliqramlıq kakao ekstraktı qəbul edib, 288 iştirakçıya isə plasebo verilib. Tünd şokolad istehlak edən qrup yaddaş testlərində plasebo qrupuna nisbətən daha yaxşı nəticə göstərib. 

Tünd şokolad flavanollarla zəngindir, 100 qramında təxminən 170 milliqram, südlü şokoladın 100 qramında 75 milliqram var. Çünki tünd şokoladın tərkibində kakaonun mahiyyəti daha çoxdur.