Kərə yağı tərkibindəki yağ turşuları sayəsində dərini dərindən nəmləndirir və xüsusilə quru dəri üçün təsirli yumşaldıcı rolunu oynayır. Bu xüsusiyyət dərinin elastikliyini artırmağa və quruluğun qarşısını almağa kömək edir.

Foodinfo.az xəbər verir ki, onun tərkibində olan A və E vitaminləri dərinin qidalanmasını dəstəkləyir, daha sağlam və canlı görünüş qazandırır. 

Eyni zamanda, bu vitaminlər dərinin bərpa prosesinə kömək edə və xırda qıcıqlanmaları azaldır.

Bəzi hallarda kərə yağı dəridə qoruyucu təbəqə yaradaraq xarici təsirlərə qarşı müdafiə rolunu oynayır. Lakin mütəxəssislər yağlı və sızanağa meyilli dəriyə sahib şəxslərin ehtiyatlı olmasını tövsiyə edirlər, çünki məsamələrin tıxanmasına səbəb olur.

Nəticə olaraq, kərə yağı təbii dəriyə qulluq vasitəsi kimi istifadə oluna bilər, lakin dəri tipinə uyğun şəkildə və ölçülü istifadə edilməsi vacibdir.