20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.






