Yaz aylarında bir çox insan halsızlıq və enerji azalması ilə üzləşir. Bu vəziyyət çox vaxt vitamin çatışmazlığı ilə əlaqələndirilir. Foodinfo.az Чемпионат saytına istinadla xəbər verir ki, terapevt Natalya Matveyeva yaz mövsümündə vitamin azlığının səbəblərini izah edib.
Onun sözlərinə görə, qış dövründə təzə yerli tərəvəz və meyvələrin rasionda azalması orqanizmdə bəzi vitaminlərin səviyyəsinə təsir göstərə bilər. Lakin hazırda mağazalarda bol məhsul seçimi olduğu üçün bu amil əvvəlki qədər kəskin deyil. Həkim bildirib ki, əsas səbəblərdən biri günəş şüalarının kifayət qədər olmamasıdır. Günəş şüası az olduqda D vitamini lazımi səviyyədə sintez olunmur və bu səbəbdən profilaktik məqsədlə qəbul tövsiyə edilə bilər.
Mütəxəssis əlavə edib ki, payız və qış aylarında virus infeksiyalarının artması, həmçinin işıq gününün qısalması nəticəsində yaranan gərginlik və yorğunluq da insanın ümumi vəziyyətinə təsir edir. Düzgün qidalanma, açıq havada daha çox vaxt keçirmək və həkim məsləhəti ilə vitamin qəbulu yaz mövsümünü daha enerjili qarşılamağa kömək edə bilər.






