Gözoxşayan və bahalı içkilər hər zaman ən faydalı seçim demək deyil. Sadə və təbii məhsullar isə çox vaxt sağlamlıq üçün daha dəyərli olur. Foodinfo.az Lenta.ru saytına istinadla xəbər verir ki, məşqçi-qidalanma üzrə mütəxəssis Yuri Brabeçan alma və suyun “super smuzi” adlandırılan içkilərdən daha faydalı olduğunu bildirib.

Onun sözlərinə görə, 250 millilitrlik portağal şirəsi 100–130 kilokalori, 300–400 millilitrlik çaytikanı içkisi 150–250 kilokalori təşkil edir. Banan, giləmeyvə, qatıq və baldan hazırlanan smuzi isə 200–350 kilokaloriyə çata bilər. Meyvə, qranola, qoz-fındıq və bal əlavə olunan qab yeməyi isə təxminən 400–700 kilokalori edir. Mütəxəssis qeyd edib ki, bu cür içkilər və qarışıqlar hazırlanarkən meyvənin lifli hissəsi azalır, əlavə olaraq şərbətlər və müxtəlif qatqılar istifadə olunur.

Ekspert meyvələrin ilkin görnüşündə qəbul edilməsini, belə qarışıqların isə ev şəraitində və nəzarətli şəkildə hazırlanmasını tövsiyə edib. Onun fikrincə, sadə alma və bir stəkan su həm daha təbii, həm də daha sağlam seçimdir.