Yuxu zamanı insanda somatotrop hormon istehsal olunur ki, onun sayəsində uşaqlar və yeniyetmələr gecə böyüyür, böyüklərdə isə bu hormon orqanizmi bərpa edir və yağ yandırır. Lakin arıqlamaq üçün müəyyən qaydalara əməl etmək lazımdır.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.

Onun sözlərinə görə, böyümə hormonunun istehsalı üçün vaxtında yatmaq lazımdır. Çünki  o, yuxu hormonu olan melatonindən sonra yaranır, melatonin isə günün qaranlıq saatlarında istehsal olunur: pik saat 23:30-dan 3:00-a qədərdir.

Digər qayda: axşam yeməyinə karbohidratlı qidalar deyil, yüngül proteinli qidalar, məsələn, balıq və ya kəsmik yemək. Bu, orqanizmi enerji ilə deyil, tikinti materialı ilə təmin edəcək. Əgər şirniyyat, makaron kimi karbohidratlar yesəniz, yuxu zamanı onlar enerjiyə çevriləcək, qalıq isə piyə çevriləcək.

Natəvan