Səhər yeməyi günün ən vacib yeməyidir. Bədəni enerji ilə doyurur, uzun müddət aclıqdan qurtulmağa kömək edir.

Amma səhər saatlarında bağırsaqların işinə düzgün başlamaq üçün düzgün qidaları seçmək lazımdır.

“Rossiyskaya qazeta” yazır ki, qidalanma üzrə mütəxəssis Liza Afinskaya bu barədə daha ətraflı danışıb.

Ağ düyüdən imtina edib bulqur, qarabaşaq və ya qəhvəyi düyü ilə əvəz etmək də məsləhətdir. Adi makaron da tam taxıl unundan hazırlananlarla əvəz etmək daha yaxşıdır.

Bağırsaq sağlamlığı üçün probiyotiklər (kefir, duzlu kələm, qatıq və s.) haqqında xatırlamaq lazımdır.

Həmçinin pəhrizdə qoz-fındıq, kətan toxumu, meyvə və tərəvəz olmalıdır. Bir çox faydalı xüsusiyyətlərə malik olan gavalılara xüsusi diqqət yetirməyi tövsiyə olunur.

Nurlan