Bəzi qidaların tərkibində diş ətinin iltihabının qarşısını alan maddələr var.

Foodinfo.az xəbər verir ki, bu barədə stomatoloq Tatyana Sumtsova danışıb.

O, keşyu, qoz, fındıq, badam kimi məhsulların bu növ qidalardan olduğunu bildirir.

Qo-fındığın tərkibində faydalı mikroelementlər (ftor, kalsium), A, B, C, D və E vitaminləri var ki, bu da iltihabın, o cümlədən diş əti xəstəliklərinin öhdəsindən effektiv şəkildə gəlir.

Dişlər və diş ətləri üçün faydalı olan digər məhsullar arasında yağlı balıqlar (somon, siyənək, skumbriya), otla qidalanan mal əti və toyuqdur.

Tərəvəzlər arasında C vitamini ilə zəngin olan brokoli və bolqar bibəri, həmçinin şirin kartof faydalı xüsusiyyətlərə malikdir.

Yaşıl çay və kakao da iltihabla mübarizədə təsirlidir.