Meyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi hallarda onların nə vaxt yeyilməsi də böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bəzi meyvələrin acqarına qəbulunun arzuolunmaz təsir göstərə biləcəyini bildirirlər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutri­sioloq Nata Qonçar bananın acqarına yeyilməsini məsləhət görmədiyini bildirib. Onun sözlərinə görə, bu meyvəni əsas yeməkdən sonra qəbul etmək daha faydalıdır.

Mütəxəssis qeyd edib ki, banan kalium və maqnezium kimi minerallarla zəngindir və bu maddələr acqarına olduqda çox sürətlə mənimsənilir. Bu isə bədəndə həmin mineralların balansının pozulmasına səbəb ola bilər.

Dietoloqun sözlərinə görə, belə vəziyyət ürək-damar sisteminə əlavə yük yarada bilər. Buna görə də bananı digər qidalarla birlikdə və ya yeməkdən sonra qəbul etmək daha məqsədəuyğun hesab olunur.