El arasında "Cənnət alması"(Malus sylvestris) kimi tanınan alma növü meyvəsindən daha çox dekorativ görünüşü ilə diqqət çəkir. Bu almanın çəhrayı və ətirli çiçəkləri çətirşəkilli salxımlarda toplanır. Aprel ayının ilk ongünlüyündə çiçəkləyən meyvə ağacları əsrarəngiz gözəlliyi ilə insanları valeh edir. Son illər bu meyvəni gözəl çiçəklərinə görə həyətlərdə dekorativ bitki kimi də əkirlər. "Cənnət alması"nın meyvələri iyul ayında yetişir. Kiçik qırmızı almalar turş olsa da, mürəbbə bişirilməsində geniş istifadə olunur. Foodinfo.az-ın Azərtac-a istinadən təqdim etdiyi fotolentdə Xaçmaz rayonunda çiçəkləyən "Cənnət alması" ağacının şəkillərinə baxa bilərsiniz.