Turş südlü içkilər bağırsaq funksiyası üçün ən faydalı hesab olunur. 

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mixail Ginzburq məlumat verib.

Onun sözlərinə görə, turş südlü içkilərin tərkibində bifido və laktobakteriyalar var ki, bu da orqanizmimizə simbiotik mikroflora kimi kömək edir: həm immuniteti artırır, həm iltihab əleyhinə təsir göstərir, həm də bağırsaqları qiruyur.

Eyni zamanda, həkim şəkərsiz içkilər seçməyi tövsiyə edib, çünki əlavə şəkər onların sağlamlıq üçün faydasını azaldır.