Bağırsaq sağlamlığı ümumi sağlamlığın vacib hissəsidir.

Bəzən yorğunluq, şişkinlik və əhval dəyişikliyi kimi hallar yaranır və səbəb tam aydın olmur. Çox vaxt bu, bağırsaq balansı ilə əlaqəli olur.

Foodinfo.az AQTİ-yə istinadla xəbər verir ki, bunlar bağlam bağırsaq üçün əsasdır:

- Təbii qidalar – tərəvəzlər, meyvələr, göyərtilər

- Lifli qidalar – yulaf, paxlalılar və tərəvəzlər

- Fermentasiya olunmuş məhsullar – qatıq, kefir, kələm turşusu

- Şəkər və ultra-prosess qidaların azaldılması

- Kifayət qədər su qəbulu

Sağlam bağırsaq orqanizmin immun funksiyasını, enerji səviyyəsini, emosional tarazlığını dəstəkləyir və düzgün qidalanma vərdişləri bu balansın qorunmasında əsas rol oynayır.

Daha ətraflı videomaterialda izləyə bilərsiniz.