Ukrayna, Rusiya hərbi qüvvələrinin ölkənin cənubundakı nəhəng bəndi partlatdığını, nəticədə minlərlə insanın həyatına və Qara dənizdən göndərilən taxıl tədarükünə təhlükə yaradan selin yarandığını elan edib.

Foodinfo.az xəbər verir ki. məlumatdan sonra dünya birjalarında buğda qiymətləri qalxıb.

Çərşənbə axşamı günü buğda qiymətləri 3% artıb və 30 ayın ən aşağı səviyyəsindən yüksəlməyə davam edib.

 

Ukraynanın infrastruktur nazirinin müavini Mustafa Nayyem Twitter səhifəsində verdiyi açıqlamada 80-dən çox yaşayış məntəqəsinin və Xerson şəhərinin daşqın zonasında qaldığını və yüz minlərlə insanın həyatını itirə biləcəyini açıqlayıb.

"SovEcon" kənd təsərrüfatı konsaltinq firmasının idarəedici direktoru Andrey Sizov deyib: "Bəndin dağıdılması dəhşətli nəticələr və böyük bir eskalasiya kimi görünür" 

Bununla belə, investorlar ekstremal hava şəraitinin qlobal miqyasda məhsullara təsirini də qiymətləndirirlər. Avstraliyada ikinci ən quraq may ayı yaşanıb.

Avstraliyada məhsulu 34 faiz azala bilər.

Bildirilir ki, ölkədə məhsul ötən illə müqayisədə 34 faiz az ola bilər. Ölkə bu mövsüm dünyanın ikinci ən böyük ixracatçısıdır.

Hesab edilir ki, dünyanın ən böyük buğda idxalçısı olan Çin, ölkədə ən böyük istehsal əyaləti Henanda yağışla islanmış məhsul yığımının nəticələrindən asılı olaraq, xarici ölkələrdən daha keyfiyyətli buğda almalı ola bilər.

Digər tərəfdən, ABŞ-da istehsal gözləntilərdən xeyli aşağıdır. Argentinadakı quraqlıq isə əkinləri gecikdirir.