Alimlərin araşdırmalarına görə, ətin ən faydalı hazırlanma üsullarından biri məhz bişirmə (tüşləmə) üsuludur. Qızartma zamanı damar divarlarında yığıla bilən zərərli birləşmələr yarana bilər. Lakin zəif odda bişirmə zamanı bu maddələr formalaşmır və məhsulun faydalı xüsusiyyətləri daha yaxşı qorunur.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu üsulu tətbiq edərək nahar üçün tərəvəzli bişmiş ət hazırlamaq olar.
Tərkibi:
-
Mal əti – 500 q
-
Kabak – 300 q
-
Badımcan – 200 q
-
Tomat pastası – 2 xörək qaşığı
-
Soğan – 1 ədəd
-
Yaşıl soğan – 3 ədəd
-
Sarımsaq – 2 diş
-
Şirin bibər – 1 ədəd
-
Bitki yağı – 3 xörək qaşığı
-
Şüyüd – yarım dəstə
-
Duz – zövqə görə
Hazırlanması:
Mal ətini, badımcanı və kabağı kiçik tikələrə doğrayın. Soğanı halqa şəklində, şirin bibəri isə nazik zolaqlar formasında doğrayın. Tavaya bitki yağı əlavə edib ət tikələrini yerləşdirin və yüngülcə qızardın. Daha sonra tərəvəzləri və tomat pastasını əlavə edin. Tavanın qapağını örtərək zəif odda bişirin. Təxminən 20 dəqiqə sonra xırdalanmış sarımsaq, doğranmış göyərti və duzu əlavə edin. Daha 5 dəqiqə zəif odda saxlayaraq tam hazır vəziyyətə gətirin.
Nəticədə həm dadlı, həm də sağlam üsulla hazırlanmış ət yeməyi əldə edəcəksiniz.






