Kanadanın Toronto Universitetinin dietoloqu doktor Amelia Foster səhər yeməyində şirin qidaların – o cümlədən bal, cem, şirniyyat, şirin kruasan və desertlərin – gün ərzində tez-tez aclıq hissinə səbəb ola biləcəyini deyib. Foodinfo.az bildirir ki, “CBC News”a danışan mütəxəssis bildirib ki, bu növ qidalar qanda qlükozanın sürətlə yüksəlməsinə və daha sonra kəskin şəkildə düşməsinə gətirib çıxarır.

Onun sözlərinə görə, bu vəziyyət orqanizmdə enerji çatışmazlığı siqnalı yaradır və insan özünü tez ac hiss edir. Foster səhər yeməyində zülal və liflə zəngin qidaların – yumurta, yulaf, tərəvəz, pendir və çərəzlərin – daha ideal seçim olduğunu vurğulayıb. O bildirib ki, bu cür qidalar mədənin boşalma sürətini yavaşladır və toxluq hissini uzadır.

Tədqiqat nəticələrinə görə, səhərlər balanssız qidalanan şəxslər gün ərzində 300-400 kalori artıq qəbul edirlər. Mütəxəssis bildirib ki, səhər desertə meyil daha çox yuxusuz gecələrdən sonra və ya axşam yüksək karbohidrat qəbul edən insanlarda müşahidə olunur. “Yeməklə günə necə başlayırsınızsa, bədəniniz ona uyğun enerji ritminə keçir,” – deyə o qeyd edib.