Mədə-bağırsaq problemləri olan insanlar üçün qoz-fındıq kimi sərt qidaların əvəzinə yumşaq alternativlər mövcuddur. Foodinfo.az xəbər verir ki, həkim-diyetoloq Natalya Mizinova Sports.kz-ə açıqlamasında urbeç və badam, şam fıstığı yağlarının qida dəyəri baxımından yaxşı alternativ olduğunu bildirib.
Mütəxəssis izah edib ki, həddindən artıq qoz-fındıq istehlakı həzm sisteminə, qaraciyərə və pankreasın fəaliyyətinə yük gətirir. Bu orqanlar yağ və zülalları parçalamaq üçün fermentlər ifraz edir və artıq miqdarda qoz həzm problemlərinə səbəb ola bilər. Belə hallarda qoz yağı, badam yağı və ya urbeç kimi məhsullar orqanizmi lazım olan yağ komponentləri və yağda həll olan vitaminlərlə təmin edir.
Mizinova əlavə edib ki, qozun həzm olunması hər insanda fərqlidir. Bəzi insanlar üçün 30 qram kifayət edir və tamamilə mənimsənilir, digərləri isə 100 qram yesə belə, qismən həzm olunmadan çıxır. Belə halda qoz faydalı təsir göstərmir.






