Daxili Xəstəliklər və Nefrologiya Mütəxəssisi Dr. Serkan Yıldız çox su qəbul etməyin bədənə zərər verdiyinə diqqət çəkərək “Susuz qalmadıqca su içməyin” xəbərdarlığını edib.

Foodinfo.az xəbər verir ki, bədənin ehtiyacından çox su istehlak edən insanların qanında natrium miqdarının azalması səbəbindən hiponatreminin inkişaf edir, bu da mərkəzi sinir sisteminə təsir edərək qusma və hətta huşunu itirməyə gətirib çıxarır. Bu vəziyyətin cəmiyyət arasında su zəhərlənməsi adlandırıldığı bildirilib.

Məcburi su içmək qanda natrium konsentrasiyasını azaldır.

Böyrək, ürək və təzyiq xəstəlikləri olan, normalda duzsuz qidalanmalı olan insanların daha çox su qəbul etmələri, qanlarında natrium miqdarının azaldır və buna görə də bu insanların duzdan istifadə etmələri tövsiyə edilir.

 Su tələbatı xəstənin yaşına, cinsinə, müşayiət olunan xəstəliklərə, istifadə etdiyi dərmanlara, duz istehlakına və mövsümlərə görə dəyişir. İnsan yalnız susadığı zaman su içməlidir. Əgər çox su qəbul edərsə, ilk başlarda ürəkbulanma, qusma, gəyirmə kimi nəticələr ola bilər. Qanda natrium səviyyəsi 120-dən aşağı olarsa, mərkəzi sinir sistemi təsirlənə və şüurda dəyişiklik baş verə bilər.

Əgər insan sağlamdırsa, hipofiz vəzi və susuzluq mərkəzi düzgün işləyirsə, bu adamda su çatışmazlığı olmayacaq.

Bizi sosial şəbəkələrdə izləyin:

https://www.instagram.com/foodinfoaz/

https://www.facebook.com/foodinfo.az/

https://www.tiktok.com/@foodinfo.az