Çiyələyi yeməzdən əvvəl yumaq ən düzgün üsuldur. Foodinfo.az bildirir ki, Qrodan şirkətinin aqronomu Yaroslav Abramov bu tövsiyəni verib. O, giləmeyvənin saxlamaq üçün optimal temperaturun 0…+2 °C olduğunu qeyd edib.

Abramov bildirib ki, giləmeyvəni yuyub soyuducuya qoymaq tövsiyə edilmir, əks halda artıq nəmliyi almaq üçün üzərinə kağız dəsmal sərilmiş dayaz qabda saxlanmalıdır. Optimal temperaturda çiyələk 5-7 günə qədər təzə qala bilər. Lakin adi soyuducularda, yəni +5 °C-də isə giləmeyvəni 2-3 gün ərzində istehlak etmək daha məqsədəuyğundur.