Dünyada ilk dəfə Cənubi Amerikada yetişdirilən pomidor hazırki dövrdə istehsalı zəruri olan tərəvəzlər arasında ön sıralarda yer alır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına görə, təxminən 180 milyon ton ilə dünya tərəvəz istehsalının 16%-i pomidorun payına düşür. Pomidorun ən çox yetişdirilən tərəvəz olmasının səbəbi insanların qidalanma rutinində yer alan əksər məhsulların tərkibində yer alması, həmçinin, vitaminlərlə zəngin olmasıdır. Odur ki, dünya üzrə tələbatın çox olması fonunda fəsildən asılı olmayaraq mağaza vitrinlərində daim pomidora rast gəlmək mümkündür. Sözügedən məhsulun bu şəkildə əlçatan olmasının isə müasir standartlara cavab verən istixanaların böyük rolu var desək yanılmarıq.

İstixanada pomidorun yetişdirilmə qaydası

İqlim dəyişikliklərinə daha davamlı olması ilə fərqlənən pomidor bitkisi becərilməsi ən asan başa gələn tərəvəzlərdən biridir. Odur ki, ilin əksər aylarında havaların necə keçməsindən asılı olmayaraq istixana sahələrində pomidor bitkisini yetişdirmək üçün zəruri olan münbit şəraiti təmin etmək kifayət edir.

Torpağın əkinə hazırlanması

İlkin mərhələdə torpağın hazırlıq mərhələsi başlayır. Daha öncəki mövsümə aid torpaqda qalan məhsul qalıqları təmizlənir. Torpağın pH səviyyəsinə, çatışmayan qida maddələrinə uyğun lazımi bitki qoruma və bəsləmə vasitələrinin tətbiqi həyata keçirilir. Bu zaman fermerlərimiz düzgün aqrotexniki qulluq qaydalarını icra etməyə xüsusi diqqət yetirməlidir. Əks halda torpaq sıradan çıxmaqla yanaşı, həmçinin, məhsuldarlıq səviyyəsi də aşağı düşür. Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimizə yüksək keyfiyyətli toxum, gübrə, bitki mühafizə vasitələri, əkin ləvazimatları, həmçinin, ödənişsiz aqronom məsləhəti xidmətini təklif edir.

İstixanada pomidor yetişdirilməsi zamanı toxum və ya şitillərin əkin mərhələsi necə həyata keçirilir?

İstixanada pomidor yetişdirilməsi zamanı şitillər öncədən plastik qablarda əkilərək sahəyə köçürülmək üçün hazırlanır. Toxumlar 0,1-2 sm dərinliklərə səpilərək dərhal suvarılır. Toxumların cücərməsi üçün optimal torpaq temperaturu 30°C-dir. Tələb olunan şərait tam şəkildə təmin olunduqda toxumların 5-7-ci gündən etibarən cücərməyə başlayır. Cücərmədən təqribən iki həftə sonra şitillər istixana ərazisinə köçürülməyə hazır vəziyyətdə olur.

Suvarma işləri necə aparılmalıdır?

Pomidor əksərən quraqlığa davamlı bitki olmasına baxmayaraq, dsiplinli suvarma şərtləri tələb edir. Beləliklə, fidanların yeni əkildiyi dövrdə suvarmaya tələbat yüksək olmur. Ancaq, meyvələr yetişməyə başladıqdan sonra müntəzəm şəkildə suvarma işləri həyata keçirilməlidir. Əks halda bitkinin inkişafı zəifləyir, məhsuldarlıq aşağı düşür. Əsasən damlama suvarma sistemindən istifadə etmək məqsədəuyğun hesab olunur. Bu zaman bitkinin su tələbatını qarşılamaqla yanaşı, zəruri olan gübrələrin tətbiqini də həyata keçirmək mümkündür.

Pomidor yetişdirilməsi zamanı gübrə tətbiqi

Yuxarıda qeyd olunduğu kimi, istixanada pomidor bitkisi yetişdirilərkən damlama suvarma sistemlərindən istifadə tövsiyə olunur. Beləliklə, bitkinin ehtiyacı olan azot, fosfor, kalium və s. kimi qida elementləri ilə zəngin gübrələr bitkinin yarpaqlarına, meyvələrinə zərər yetirmədən suvarma zamanı tətbiqi məqsədəuyğundur. Gübrə seçimi zamanı isə maksimum şəkildə yüksək keyfiyyətli çeşidlərə üstünlük vermək torpaq sahənizin qayğısına qalaraq məhsuldarlığı artıracaq.

Keyfiyyətli gübrə çeşidlərini haradan əldə etmək olar?

Ölkəmizdə yüksək keyfiyyətli gübrə çeşidlərini gubre.az-ın Azərbaycanın müxtəlif bölgələrindəki 200-dən çox satış mərkəzindən əldə edə bilərsiniz. Bunun üçün 828 qısa nömrəsi ilə saxlayıb məhsullar üzrə sifarişlərinizi və sorğularınızı ünvanlaya bilərsiniz.

İstixanada pomidor yetişdirərkən xəstəliklərlə mübarizə hansı formada aparılmalıdır?

İstixanaların qapalı ərazi olması bitkiləri bəzi xəstəliklərdən, zərərvericilərdən qorusa da, eyni zamanda, bu cür əkin üsulunda da xəstəliklərlə, zərərvericilərlə də qarşılaşmaq mümkündür. Pomidor bitkisində ən çox müşahidə olunan xəstəliklər arasında qurğuşun kifi, erkən yarpaq yanıqlığı, unlu şeh xəstəliyi, qonur çürümə xəstəliyi və s. yer alır. Bitkinin böyümə mərhələlərində müşahidə olunan ilk əlamətlərdə fermerlər müvafiq tədbirləri həyata keçirməyə tələsməlidir. Əks halda məhsuldarlıq və keyfiyyət səviyyəsi aşağı düşür ki, məhsul yığımı gözlənilən nəticələri qarşılamır. Mütəxəssislər fermerlərə zəruri olan bitki mühafizə vasitələrinin zamanında tətbiqini tövsiyə edir. Bunun üçün fermerlər gubre.az aqrar ticarət şəbəkəsinin Azərbaycanın müxtəlif rayonlarında fəaiyyət göstərən 200-dən çox satış nöqtəsinə müraciət edə bilər. Ümumiyyətlə, 50-dən çox markaya məxsus yüzlərlə çeşiddə toxum, gübrə, bitki mühafizə vasitələri, əkin ləvazimatları və ümumi təsərrüfat malları fermerlərin ixtiyarındadır.