Avqustun 13-dən "Google" [email protected] korporativ ünvanından hesabdan istifadə üçün yeni qaydaların qüvvəyə minməsi barədə bildirişlər göndərməyə başlayıb.
Foodinfo.az xəbər verir ki, əgər iki il ərzində "Gmail" poçt qutusu təyinatı üzrə istifadə olunmayıbsa və ya onun vasitəsi ilə "YouTube" kimi "Google" xidmətlərinə daxil olunmayıbsa, hesab bütün məzmunla birlikdə silinəcək.
Lakin bundan əvvəl istifadəçi əsas və ehtiyat poçtuna ən azı üç xəbərdarlıq alacaq. İki ildir istifadə olunmayan "Google" hesablarının silinməsi praktikası 1 dekabr 2023-cü il tarixindən başlayacaq, yeni qaydalar isə avqustun 13-dən qüvvəyə minib.
Hesabınızı silməmək üçün ya onun vasitəsilə "Google" xidmətlərinə keçməlisiniz, ya da ən azı iki ildə bir dəfə poçtunuza daxil olmalısınız.
Leyla