Avokado tez-tez bərk halda satılır və bu da onu dərhal istifadə etməyi çətinləşdirir. Lakin sadə üsulla bu meyvənin yetişmə prosesini sürətləndirmək mümkündür.
Foodinfo.az xəbər verir ki, NEWS.ru avokadonun şəkər vasitəsilə tez yetişdirilməsi üsulunu paylaşıb.
Bu metodun əsas üstünlüyü onun sadə və əlçatan olmasıdır. Bunun üçün kiçik bir qab götürülür və içi tamamilə şəkərlə doldurulur. Avokado elə yerləşdirilməlidir ki, şəkər onu tam örtsün. Bu şəkildə meyvə 2–3 gün saxlanılır.
Məlumata görə, şəkər avokadonun tərkibindəki artıq nəmi özünə çəkir və bununla da yetişmə prosesini sürətləndirir. Nəticədə bir neçə gün ərzində yumşaq, ideal dərəcədə yetişmiş və istifadəyə hazır avokado əldə etmək mümkündür.






