ABŞ-ın aparıcı tədqiqat universitetlərinin süni intellekt üzrə mütəxəssisləri federal "Süni intellekt departamenti"nin və ya süni intellektin qlobal tənzimləyicisinin yaradılmasını təklif ediblər.

 Foodinfo.az xəbər verir ki, bu barədə "Axios", "Generation Lab" və Sirakuz Universitetinin bu yaxınlarda apardıqları araşdırmada deyilir.

Sorğu zamanı məlum olub ki, ekspertlər süni intellektin insan nəzarətindən nə vaxt çıxacağı ilə bağlı fikir ayrılığına düşsələr də, süni intellekt texnologiyalarının tənzimlənməli olduğu barədə yekdilliklə razılaşırlar.

Mütəxəssislərin yalnız kiçik bir hissəsi özünütənzimləmə üçün özəl sektora güvənir. Prezident Bayden isə süni intellekt məsələlərində ən etibarlı şəxs adlandırılıb, onun ardınca Sundar Piçai, İlon Mask və Sem Altman gəlir.

Mütəxəssislər süni intellektin yaratdığı ayrı-seçkilik və qərəzli münasibətlə bağlı kütləvi işsizlik riskindən daha çox narahat olduqlarını ifadə edirlər. Bir çoxları isə süni intellektin cəmiyyətdə bərabərsizliyi artıracağını proqnozlaşdırır.